Baş ağrıları, yuxusuzluq, ürəkbulanma... - Bu tarixlərlə bağlı əhaliyə XƏBƏRDARLIQ!

Sağlıq
14:45 / 16.03.2024
5293
Son 24 saatda Günəşdə kiçik radiasiya fırtınası baş verib. Bu fırtınanın Yer planetində maqnit qasırğasına səbəb olacağı gözlənilir.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “The Watchers” saytı yayıb.
Sayt yazır ki, orta hesabla, hər günəş tsiklində təxminən 50 kiçik günəş radiasiya fırtınası baş verir və bunun nəticəsində Yerə doğru proton axınları güclənir.
Sinoptiklər martın 18-də proton axınının normal səviyyəyə qayıdacağını gözləyirlər.
“The Watchers”in şərhinə görə, Günəşdə baş verən partlayışlardan sonra Yerdə növbəti maqnit qasırğası müşahidə ediləcək.
Bu müddətdə insanlarda yuxusuzluq, baş ağrıları, ürəkbulanma, xroniki xəstəliklərin kəskinləşməsi kimi problemlər müşahidə oluna bilər.
Vasif