“OpenAi” insan kimi danışan robotun videosunu yayımladı

“OpenAi” insan kimi danışan robotun videosunu yayımladı

“Figure” tərəfindən yeni yayımlanan videoda “OpenAi” texnologiyası ilə idarə olunan insanabənzər robot masanı təmizləyir və hətta səlis danışır.


 
Sfera.az xəbər verir ki, əvvəl insanabənzər robota “GPT-4” qoşulmuşdu. Bu, robota topa vurmağa və rəqs etməyə imkan verirdi. “OpenAİ”nin “Figure” ilə əməkdaşlığı nəticəsində indi həmin dəmir parçası nəinki hərəkət edə bilir, həm də insanlar kimi düşünməyi öyrənib.

 

Bot gördüklərini təsvir etməyi və obyektlərlə nə edilə biləcəyini əsaslandırmağı bacarır. O, vəziyyəti təhlil edə bilir. Belə ki, ondan yemək verməsini xahiş etsəniz o sizə masadan götürüb yeməli bir şey verəcək.

 

Həmçinin robot bütün lazımi məlumatları yaddaşda saxlaya bilir. Videonun sonunda bot etdiyi hərəkətləri ardıcıl danışıb və hətta onları qiymətləndirib.

 

Nəticə etibarilə deyə bilərik ki, intellektli robotlar artıq xülya deyil.Yeni nəsil aparat və neyronlarla dünyamız mütləq kiberpanka çevriləcək.  

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR