Miqren tarixə qovuşur - Başağrıları  üçün təbii vasitələr 

Miqren tarixə qovuşur - Başağrıları  üçün təbii vasitələr 

Miqren bütün dünyada bir çox insan üçün ciddi bir problemdir. Bu xəstəlik dünya əhalisinin 10%-dən çoxuna təsir edir, xüsusən də 20-50 yaş arasındakı insanlar bundan əziyyət çəkir.


Sfera.az bildirir ki, miqren tez-tez ciddi simptomlar və ağırlaşmalara səbəb olur. Bununla belə, indi həkimlər deyirlər ki, təbiət bizə miqrenlə mübarizə üçün sadə və təsirli üsullar təqdim edib.

 

 Amerika Tibb Assosiasiyası qeyd edir ki, döyünən baş ağrıları 15-49 yaş arası qadınlar arasında əlilliyin əsas səbəbi olacaq qədər şiddətlidir. Miqren tək baş ağrısından ibarət deyil : o, başın hər iki tərəfi, ön və ya arxasına təsir edə bilir. Ağrı tək gəlmir, paralel olaraq ürəkbulanma, qusma və işığa və yüksək səslərə həssaslığı da özü ilə bərabər gətirir. 


Bəs hər gün bir çox insana əziyyət verən miqrenin arxasında nə dayanır? Sinay dağındakı Icahn Tibb Məktəbində miqrenlə bağlı araşdırma aparan Dr. Fred Kohen deyir ki, miqren, genlərin və həyat tərzinin birləşməsidir. Qida rasionu, stress, hətta hava şəraitinin dəyişməsi miqrenin inkişafına təsir göstərir. Dr. Fred Kohen miqrenin səngiməsinə kömək edən bəzi təbii vasitələri sadalayır. Tərkibi B2 və CoQ10  vitaminləri ilə zəngin olan bu qida vasitələri qan damarlarını rahatlaşdırmağa, sinir reseptorlarını tənzimləməyə, iltihabla mübarizə aparmağa kömək edir, orqanizmin maqnezium və ya enerji istehsalını artırır. 

 

Xəstəliklə mübarizənin bütün mümkün yolları arasında doktor, aşağıdakı vasitələri müəyyənləşdirir və onların dozasını sadalayır:


Maqnezium əlavələri:

 

Araşdırmaya görə, bu əlavələr qan damarlarını rahatlamağa və sinir reseptorlarını idarə etməyə kömək edir. Tövsiyə olunan doza gündə 200-dən 600 mq-a qədərdir, maqnezium qlisinat mədədə daha rahat həzm edilir.

 

Riboflavin (vitamin B2):

 

Bu vitamin hüceyrələrdə enerji istehsalına kömək edir. Gündə 200-400 mq qəbul etmək tövsiyə olunur.

 

Koenzim Q10 (CoQ10):

 

Enerji istehsalını artıran antioksidantdır; gündə 100-300 mq dozada daha təsirli olur.


Butterbur. Sancı və şişkinliyi azalda bilən bir bitki; normal doza gündə 75 mq-dir.

 

Qadınotu:

 

Bu bitki trombositlərin yapışmasına maneə törətməklə təbii aspirin kimi fəaliyyət göstərir. Gündə 50-100 mq baş ağrılarının qarşısını ala və ya azalda bilər.


Omeqa-3 yağ turşuları:

 

Miqrenlə əlaqəli iltihabı azalda bilən antiinflamatuar təsirlərə malikdirlər. Qida rasionuna daxil edildikdə və ya qida əlavəsi olaraq qəbul edildikdə təsirli olur.

 

Doktor Kohen bildirir ki, bu sadə təbii vasitələr çoxlarının axtardığı rahatlama ola bilər. Bu vasitələrin istifadəsi miqrenin bir çox insanın həyatına gətirdiyi ağrı və sancılarla mübarizə aparmaq üçün müasir elm və təbii resursları özündə birləşdirir.


OXŞAR XƏBƏRLƏR

"Məktəblərdə təhlükəsizlik protokolları hazırlanmalıdır" - Hüquqşünas

Son vaxtlar Bakıda uşaq oğurluqları ilə bağlı narahatedici xəbərlər yayılmaqdadır. Sosial şəbəkələrdə və xəbər portallarında yayılan məlumatlara görə, bir neçə ...

Milli Məclisin növbəti iclasının vaxtı açıqladı

Milli Məclisin növbəti iclası 23 mayda keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədr...

Həkim və əczaçıların sertifikasiyası üçün yeni prosedurlar müəyyənləşdi

Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar icla...

Prezident İlham Əliyev Albaniyada Litvanın Baş naziri ilə görüşüb - VİDEO

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Litvanın Baş naziri Gintautas Palukas ilə görüşüb. ...

Bu işçilər sınaq imtahanından keçəcək - Rəsmi

Həkimlərin və əczaçıların sertifikasiyası ilə əlaqədar sınaq imtahanı da təşkil olunacaq.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiri...

Səhiyyə naziri deputata etiraz etdi:"O, evin mətbəxində əməliyyat olunub"

"Səhiyyə Nazirliyi yalnız tibb işçilərinə cavabdehdir".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Sə...