"O yolda dayanacaq yerləri tikilməlidir" - Deputat

Siyasət
15:35 / 15.03.2024
7785
“Çox yüksək standartlara uyğun ödənişli yol tikilib”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azər Badamov deyib.
“Lakin avtomobili saxlamaq üçün yerlər tikilməyib. Avtomobildə nasazlıq yaranarsa, yol çox sürətli olduğundan kənarda dayanmaq mümkün deyil. Yolun hər iki tərəfindən dayanacaq yerlərinin tikilməsini təklif edirəm”,- millət vəkili qeyd edib.
Firuzə Əliyeva