DTX terrorçunu məhv etdi

DTX terrorçunu məhv etdi
 
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində terrorçuluqda təqsirləndirilən şəxs məhv edilib.
 
DTX-nin ictimai əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycanın hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət "camaatın əmiri” kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat əsasında DTX tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.
 
Təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R. Rəhimovun 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində tərksilah və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq, odlu silahdan atəş açıb silahlı müqavimət göstərib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq, xidməti silahdan istifadə edilməklə R. Rəhimov məhv edilib.

DTX-nin İstintaq Baş İdarəsində terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət faktları ilə bağlı aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

Zəlzələ bölgəsində 250 mininci ev təhvil veriləcək- Əliyevlə Ərdoğan da qatılacaq

Gələn ay Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən sonra tikilən 250 mininci mənzilin açarları vətəndaşlara təqdim ediləcək.   Sfera.az xə...

Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək

“Moskva Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandum təkliflərini yaxın günlərdə Kiyevə verəcək”.   Sfera.az xəbər verir ki, bunu...

Şuşada “Xarıbülbül” festivalının açılışı oldu

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb...

Bayramov pakistanlı həmkarı ilə telefonda danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.   ...

“Siz elə ölü qalın ...” - Ayaz Salayevlə Röya arasında qalmaqal + VİDEO

“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. &nbs...

“Qarabağ” son turda da qələbə qazandı

Azərbaycan Premyer Liqasında 36-cı turun oyunları keçirilir.   Sfera.az xəbər verir ki, günün il oyununda çempion “Qarabağ” səfərdə &ldqu...