Qadınlar üçün hərbi xidmətə çağırış sistemi uzadılacaq

Qadınlar üçün hərbi xidmətə çağırış sistemi uzadılacaq

Danimarka hakimiyyəti qadınlar üçün hərbi xidmətə çağırış sistemini genişləndirmək, eləcə də hərbi xidmət müddətlərini artırmaq niyyətindədir.

 

Sfera.az xəbər verir ki, bunu Danimarka baş naziri Mette Frederiksen deyib.

 

Siyasətçinin fikrincə, ölkəni qorumaq ən şərəfli işlərdən biridir. Buna görə də hökumət hərbi xidmətin genişləndirilməsi ideyasını irəli sürüb. Frederiksen qeyd edib ki, məqsəd iki cins arasında tam bərabərliyin təmin etməkdir. 

 

Danimarka hökumət başçısı həmçinin bu addımın müasir reallıqlarla mükəmməl uyğunlaşacağını vurğulayıb.

 

Ölkənin Müdafiə Nazirliyinin başçısı Troels Lund Poulsen qeyd edib ki, yeni qanunun müddəaları 2025-ci ildən gec olmayaraq təsdiq edilməlidir.


Nazir qeyd edib ki, şəraitdən asılı olmayaraq bütün gənclər eyni şərtlərlə Silahlı Qüvvələr sıralarına çağırılacaq və hərbi xidmət keçəcəklər. Qanun Danimarkanın əsas dəyərlərinə uyğun olmalıdır.

 

Ötən il könüllü olaraq xidmətə gedən qadınların sayı təxminən 4700 çağırışçı arasında 27 olub. Qeyd edək ki, Danimarkada heç də bütün gənclər işə götürülmür - seçim prosesi lotoreya üsulu ilə həyata keçirilir.

 

Həmçinin, çağırışçıların xidmət müddətinin təxminən 4 aydan 11 aya çatdırılması nəzərdə tutulur. 5 ay ərzində çağırışçılar ilkin hazırlıq keçəcək, qalan vaxt isə konkret ixtisasın əldə edilməsinə ayrılacaq. Bir il ərzində çağırışçıların sayı 5 min nəfərə çatacaq.

 

Bundan əlavə, hökumət növbəti beş il ərzində müdafiə ehtiyaclarını ödəmək üçün əlavə 40 milyard kron (təxminən 5,3 milyard avro) ayrılacağını bildirib. Baş nazir Frederiksen qeyd edib ki, 2024 və 2025-ci illərdə Danimarka ölkənin ÜDM-nin 2,4%-ni müdafiəyə xərcləyəcək.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...