Rusiyanın nəhəng neft emalı zavodu vuruldu

Rusiyada prezident seçkiləri yaxınlaşdıqca Ukrayna tərəfindən Rusiyaya qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücumların sayı artıb. Hücumlarda əsas hədəf Rusiyanın neft və qaz sektorudur.
Sfera.az xəbər verir ki, son hücum nəticəsində Rusiyanın 7-ci böyük neft emalı zavodu vurulub.
Bu gün səhər saatlarında Ukrayna Rusiyadakı bir çox hədəfə, xüsusilə neft emalı zavodlarına PUA hücumu həyata keçirib. Hücumlar zamanı Moskvadan 180 kilometr aralıda yerləşən və “Rosneft”ə məxsus olan nəhəng neft email zavodu vurulub. İllik istehsal gücü 17 milyon ton olan zavodda yanğın baş verib. Ryazan qubernatoru Pavel Malkov yanğının söndürüldüyünü, insident nəticəsində xəsarət alanların olmadığını, obyektə dəyən zərərin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Xatırladaq ki, bir gün öncə Ukrayna PUA-larla Rostovda olan “Lukoyl” neft emalı zavoduna hücum edib və müəssisəyə böyük ziyan vurulub.Rusiya mediası Ukraynadan 60-dan çox PUA-nın göndərildiyinə və onların əksəriyyətinin bir neçə saat ərzində məhv edildiyinə dair xəbər yayıb. Bu hücumlardan sonra Rusiya Müdafiə Nazirliyi ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən neft obyektlərinin ətrafında təhlükəsizliyi gücləndirib.
Prezident Vladimir Putin bugünkü çıxışında Ukraynanın son hücumlarla martın 15-17-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışdığını bildirib.
Vasif