Bu peşə sahiblərinə ehtiyac artdı, maaşlar 1200 dolları ötdü

Bu peşə sahiblərinə ehtiyac artdı, maaşlar 1200 dolları ötdü

Rusiyada kuryerlərə tələbat bu ilin qışında 2022-2023-cü illərin eyni dövrü ilə müqayisədə 34 faiz artıb. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Rabota.ru xidmətinin analitikləri yayıb. 


Analitiklərin araşdırmasına əsasən, kuryer peşəsinə tələb artdığından bu sahədə çalışanların əməkhaqlarında da yüksəlmə baş verib. Kuryer peşəsi üçün təklif olunan orta əməkhaqqı 38 faiz artaraq ayda 112 min rubl (1244 dollar) həddini aşıb. 


Analitika və Məlumat Elmi xidmətinin direktoru Elena Artemyevanın TASS-a verdiyi şərhə əsasən, Rusiyada son bir neçə ildə kuryerlərə tələbat hər ay artıb. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Kuryerlərə tələbatın artması ənənəvi olaraq bayram günləri ilə bağlıdır. Xüsusən də Yeni il öncəsi və sonrasında, eləcə də fevral və mart aylarında qeyd edilən xüsusi günlərlə bağlıdır”. 


O qeyd edib ki, Rusiyada kuryerlərə artan tələbat logistika sənayesində kadr çatışmazlığı fonunda baş verir. Bu amil imkan verir ki, kuryerlərin maaşlarında da ciddi artıma gedilsin. 


Vasif


OXŞAR XƏBƏRLƏR

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

"TikTok" platforması yeni özəlliyi təqdim etməyə hazırlaşır.   Sfera.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb. ...

Deputat: "Paşinyan istefa məsələsini heç kimlə müzakirə etmək niyyətində deyil"

Ermənistanın baş naziri Nikol Paşinyan və hakim “Vətəndaş müqaviləsi” partiyası onun istefası ilə bağlı məsələni heç kimlə müzakirə etmək niyyətində...

Azərbaycanda düyünün qiyməti BAHALAŞACAQ - SƏBƏB

Əlverişsiz hava şəraiti düyü bazarında növbəti qiymət artımlarına səbəb olub.  Sfera.az xatırladır ki, düyünün bahalaşması ötən ildən müşahidə edilir....

Sahibə Qafarova BMT-nin Baş direktoru ilə GÖRÜŞDÜ

Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək məqsədilə Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sa...

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

Türkiyəli müğənni Kalbenin həbs edilməsinə səbəb olan görüntülər yayılıb.   Sfera.az bildirir ki, ötən həftə evinə narkotik basqını nəticəsində saxl...

Leysan, dolu, qar... - Havanın kəskin dəyişəcəyi TARİX AÇIQLANDI

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu ...