Məşhur iş adamı “TikTok”u ALMAQ İSTƏYİR - FOTO
“Activision Blizzard” şirkətinin keçmiş baş direktoru, zəngin iş adamı Bobi Kotik “TikTok” sosial şəbəkə xidmətini almaq istəyir.
Sfera.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri adını açıqlamadığı mənbəyə istinadən xəbər verib.
Nəşr yazır ki, Kotik keçən həftə keçirilən bir konfransda “OpenAI”ın baş direktoru Semi Altman və başqa investorlarla görüşündə niyyətini açıqlayıb.Kotik hətta digər zənginlərə ortaqlıq təklifini də edib.
O deyib ki, niyyətini “TikTok”un sahibi “ByteDance” şirkətinin rəhbəri Çjan İminoya bildirib.
“TikTok”a ABŞ-də təzyiqlər artır. ABŞ-də qəbul edilən qanun layihəsi “TikTok”u qadağan edə bilər. ABŞ hökuməti Çin şirkəti qarşısında başqa bir seçim imkanı da qoyur. Alternativ varianta görə “TikTok” ABŞ vətəndaşlarından birinə satılarsa, onun ABŞ bazarında qalması mümkün olacaq. Əks təqdirdə ABŞ hökuməti əməliyyat sistemlərində mövcud olan mağazalarda “TikTok”un satışını dayandıracaq.
Vasif