ABŞ-nin regionla bağlı gələcək PLANLARI: “Türkiyə vasitəsilə..”

ABŞ-nin regionla bağlı gələcək PLANLARI: “Türkiyə vasitəsilə..”

“ABŞ və Türkiyə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün birgə işləməyə öhdələrinə götürürlər”.

 

Bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci toplantısı münasibətilə verilən açıqlamada bildirilib.

 

“Cənubi Qafqaz məsələsində Blinken və Hakan Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifahı təşviq edəcəyinə dair razılığa gəliblər”, – qeyd olunub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, ABŞ prosesə daxil olmaq istəyir:

 

“Azərbaycan öz torpaqlarını azad etdikdən sonra sülh danışıqlarında vasitəçilik etmək üçün xeyli sayda təşəbbüsçülər meydana çıxdı. Öncə Rusiya, ardınca Avropa İttifaqı, bir qədər əvvəl isə Almaniya, Fransa, İran, Gürcüstan bu məsələdə niyyətli olduğunu göstərdi. ABŞ isə bölgəyə birbaşa daxil olmaq istəmir, regionu ən yaxşı tanıyan ölkənin - Türkiyənin vasitəsi ilə prosesi idarə etmək fikrindədir. Bu məsələ ilə bağlı Vaşinqton və Ankaranın necə əməkdaşlıq edəcəyi tam məlum deyil. Ehtimal ki, görüşlər Vaşinqtonda keçiriləcək və burada Blinkenlə Hakan Fidan da iştirak edəcək. Bu, Azərbaycan üçün yaxşıdır”.

 

Ekspert bildirib ki, ABŞ ümumilikdə bir çox məsələdə regionda Türkiyəyə dəstək verməklə kifayətlənir:

 

“Zamanla regionda Qərbi Türkiyə təmsil edəcək. Türkiyə prosesləri gözəl idarə edə bilir. Regionda Qərbin maraqlarını təmin edəcək, istədiyini ala biləcək tək ölkə məhz odur”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"Ukraynaya yardım edə bilməyəcəyik" - BMT

BMT qış aylarında Ukraynaya yardım edə bilməyəcək.   Sfera.az bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndə...

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Eksper...