Siyarto Tramp barədə: "Ukraynada sülhün əldə olunmasına kömək edə bilər"

Macarıstan xarici işlər naziri Peter Siyarto Trampın ABŞ-dəki prezident seçkilərində mümkün qələbəsinin Avropa ölkələrinin Ukrayna ilə bağlı siyasətini dəyişəcəyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə o, Amerikanın "Breitbart" nəşrinə danışıb.
"Avropada əksər ölkələr müharibənin, yalnız kiçik bir azlıq sülhün tərəfdarıdır", - nazir deyib.
Onun sözlərinə görə, əgər keçmiş prezident Donald Tramp noyabrda ABŞ-də keçiriləcək seçkilərdə qalib gəlsə, o zaman Avropa ölkələrindən bəziləri Ukraynaya qarşı siyasətlərini dəyişə bilər.
Macarıstanlı siyasətçi onu da vurğulayıb ki, Tramp Ukraynada sülhün əldə olunmasına kömək edə bilər. O əlavə edib ki, danışıqlar nə qədər tez başlasa, bir o qədər yaxşıdır.
Xatırladaq ki, martın 9-da Macarıstanın Baş naziri Viktor Orban Floridadakı Mar-a-Laqo iqamətgahında Donald Trampla görüşüb. Bu görüşdə Macarıstan Baş naziri, o cümlədən ölkənin xarici işlər naziri Peter Siyarto iştirak edib.
Əzizə Zeynal