Azərbaycanda un və un məmulatları UCUZLAŞA BİLƏR

Azərbaycanda un və un məmulatları UCUZLAŞA BİLƏR

Son günlər Çikaqo əmtəə birjasında buğdanın qiymətində enmə müşahidə edilir. 


Sfera.az xəbər verir ki, ötən həftə ərzində bir buşel buğdanın dəyəri 3,5 faiz azalaraq 5,26 dollara düşüb. 


Bu qiymət səviyyəsi 2020-ci ilin avqustundan bəri müşahidə edilən ən aşağı səviyyədir. 


Qeyd edək ki, bir buşel buğda 27,2 kq-a bərabərdir. Bir buşel buğdanın qiymətinin 5,26 dollara düşməsi o deməkdir ki, Çikaqo birjasında buğdanın bir tonunun dəyəri 193 dollara qədər azalıb. 


Müqayisə üçün bildirək ki, Çikaqo birjasında bir il əvvəl buğdanın bir tonunun dəyəri 285 dollardan yüksək idi. 


ABŞ-də buğdanın ucuzlaşması Rusiya buğdasının ucuzlaşması və Çinin ABŞ-dən buğda alışlarını ləğv edə biləcəyi xəbərinin yayılmasından sonra baş verib. 


Azərbaycan buğdanın çox hissəsini idxal etdiyindən bu məhsulun ucuzlaşması bizim üçün əlverişlidir. Əgər buğdanın mövcud qiyməti uzun müddət qalarsa, Azərbaycanda un məmulatlarının qiymətində bir qədər də azalma baş verə bilər. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bu gün 20 mindən çox bakalavr imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd) keçirir.     DİM-dən ...

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...