Dollar yaxın vaxtlarda UCUZLAŞACAQ, neft isə...  - MÜHÜM ŞƏRH

Dollar yaxın vaxtlarda UCUZLAŞACAQ, neft isə...  - MÜHÜM ŞƏRH

Beynəlxalq birjalar ABŞ mərkəzi bankının (FED) 2024-cü ilin birinci yarısında faiz dərəcələrini endirəcəyini gözləyir. 


Sfera.az xəbər verir ki, əgər faizlər enərsə bu, dolların ucuzlaşma ehtimalını da yaradacaq. Bu halda dünyada bir çox məhsulun qiymətində yüksəlmə baş verəcək. 
Ötən həftə əmtəə qiymətlərində kəskin artımlar da bununla bağlıdır. FED-in ilin ilk yarısında faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilərin güclənməsi və Çində tələbin artdığını ortaya qoyan makroiqtisadi məlumatlar əmtəə bazarına müsbət təsir edib.


Əmtəə bazarlarında ən yüksək artımlardan biri qızılın qiymətində görünüb. Keçən həftə bir troya unsiya (31,1 qram) xalis qızılın qiyməti 2 min 195 dollarla rekord səviyyəyə çatıb. Həftə ərzində digər bank metallarından gümüş 4,9 faiz, platin 2,6 faiz və palladium 6,7 faiz bahalaşıb. 


Bahalaşma mis qiymətlərində də müşahidə edilib. Mis 0,8 faiz, qurğuşun 3,4 faiz, nikel 2 faiz və sink 3,8 faiz bahalaşıb, alüminium isə sabit qalıb. Neftin qiyməti isə sabit məcrada qalıb. Dolların ucuzlaşacağı təqdirdə neftin dəyərinin bir qədər artacağı və ya indiki səviyyədə daha uzun müddət qalacağı təxmin edilir.


Vasif


OXŞAR XƏBƏRLƏR

"Ukraynaya yardım edə bilməyəcəyik" - BMT

BMT qış aylarında Ukraynaya yardım edə bilməyəcək.   Sfera.az bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndə...

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Eksper...