"Ermənistan Rusiya qarşıdurmasında məsafə saxlamaq lazımdır" - Əkrəm Baydəmirli

"Bu gün Rusiya bizim qarşımızda və həmçinin yanımızda deyil. Yaxın gələcəkdə vəziyyət dəyişə bilər, Rusiya öz əyaləti kimi baxdığı bu ölkə ilə münasibətləri normallaşdıra bilər. O baxımdan, Ermənistan Rusiya qarşıdurmasında mütləq məsafə saxlamaq lazımdır".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

“Danılmaz tarixi faktdır ki, bu regiona erməniləri Rusiya gətirib. Azərbaycan torpaqlarında onlara dövlət yaradıb və Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edib. Amma bu gün dünyanın siyası arxitekturası dəyişir. Bu proseslərdə Ermənistandan alət kimi istifadə edən qüvvələr var. Aydın məsələdir ki, bu işin arxasında Qərbin strateji planları, bizim bilmədiyimiz qüvvələrin gizli hədəfləri durur”.

 

Ə. Baydəmirli qeyd edib ki, Ermənistan Rusiyaya qarşı psixoloji müharibə cəbhəsi açmaqla, Moskvanın əsəblərini tarıma çəkmək, onu Ukrayna müharibəsindən qisməndə olsa yayındırmaq istəyir.

 

“Bu, bizi əsla narahat etməməlidir. Azərbaycanın hədəfi qazandığı tarixi zəfəri qorumaqla, qardaş Türkiyə ilə birlikdə qarşıya qoyduğu strateji hədəflərə çatmaq olmalıdır. Həmin strateji hədəflər, nəhəng layihələr regiona Azərbaycanın milli maraqları çərçivəsində sabitlik, inkişaf gətirəcək”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Pakistan-Hindistan anlaşmasına Türkiyədən REAKSİYA

Pakistan və Hindistan arasında atəşkəs qərarının qəbul edilməsindən məmnunuq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ...