“İmsak zamanı bu qidaları yemək olmaz” - Mütəxəssisdən XƏBƏRDARLIQ!

“İmsak zamanı bu qidaları yemək olmaz” - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Oruc tutan zaman insan orqanizmində yorğunluq, halsızlıq və davamlı yuxululuq halları müşahidə edilir. Bu, çox zaman imsak zamanı qidalanmada yol verilən səhvlər ilə əlaqədardır.

 

Bəs qida rasionumuza nələri daxil etməliyik?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, Ramazan bayramında düzgün qidalanmaq mütləqdir.

 

"İftardan sonra imsaka qədər 2,5 litr su içmək lazımdır. Baş ağrısı, ürəkbulanma və halsızlıq kimi hallar lazımi qədər su içməmək ilə əlaqədardır. Qida rasionuna karbohidratlar, protein daxil etmək lazımdır. Bu həm insanları uzun müddət tox tutur, həm də sağlam qidalanmaya kömək edir. Qara çay və qəhvə bədəndə su itməsinə səbəb olduğu üçün onları, adi su, şirə, ayran və bitki çayları ilə əvəzləmək olar”.

 

Mütəxəssis qeyd edib ki, imsak zamanı yağlı, duzlu qidalar və şirniyyatlar az qəbul edilməlidir.

 

“İmsak zamanı meyvə, tərəvəz, ağartı məhsullarına və yumurtaya üstünlük vermək lazımdır. Bu qidalar günboyu tox qalmağa köməklik edir. Ramazan ayı boyunca iftarı xəmir xörəkləri ilə açmaq kökəlməyə səbəb olur və sağlamlıq baxımından insan orqanizminə zərərlidir. Ağ undan hazırlanan xəmir xörəkləri qan şəkərinin yüksəlməsinə səbəb olur. Məhz bu baxımdan, ağ çörəyi də kəpəkli, çovdar çörəyi ilə əvəz etmək lazımdır. Oruc tutan zaman şəkərli şirniyyatların yerinə südlü və meyvəli şirniyyatlar yemək lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR