"Netanyahu İsrailə kömək etməkdən daha çox zərər verir" - Bayden

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahunu ilk dəfə açıq şəkildə tənqid edib.

 

Sfera.az bildirir ki, o, bu barədə “MSNBC” kanalına açıqlama verib. Bayden, səbrinin tükəndiyini və Netanyahunun İsrailə yaxşılıqdan çox, zərər verdiyini vurğulayıb. Ramazan ayında bölgədə atəşkəsin yaradılmasından imtina etməyəcəklərini deyən Bayden qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu kontekstdə Yaxın Şərqdəki təmaslarını davam etdirir:

 

“Netanyahunun İsraili müdafiə etmək və HƏMAS-la mübarizə aparmaq hüququ var. Lakin o, atılan addımlar nəticəsində günahsız insanların həyatını itirməməsi üçün daha diqqətli olmalıdır. Məncə, Netanyahu İsrailə kömək etməkdən daha çox zərər verir”.

 

Ağ Ev rəhbəri “Baş nazir Netanyahu ilə bağlı qırmızı xəttiniz nədir?”, sualını belə cavablandırıb:

 

“”İsraili dəstəkləməyə davam edəcəm və ya silah yardımını kəsəcəm” kimi qırmızı xəttim yoxdur. Bununla belə, Qəzzada ölənlərin sayının çox yüksək olduğunu deməliyəm. Daha 30 min insanın ölməsinə icazə vermək olmaz. Oktyabrın 7-də HƏMAS-ın yaratdığı travmanın öhdəsindən gəlməyin başqa yolları da var”.

 

Netanyahu öz növbəsində “Politico”ya verdiyi açıqlamada ABŞ Prezidenti Co Baydenə cavab verib.

 

“Bu siyasət təkcə mən tərəfdən deyil, israillilərin əksəriyyəti tərəfindən dəstəklənir. Baydenin nə demək istədiyini bilmirəm, amma o, İsrailin əksəriyyətinə zərər verən, Təl-Əvivin maraqlarına xələl gətirən siyasət yürütdüyümü nəzərdə tutursa, yanılır”.

 

Digər tərəfdən, Ramazan ayında Qəzzada atəşkəsə nail olmaq üçün danışıqlar davam edir. Bildirilir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Mossad direktoru Devid Barnea ilə görüşüb. ABŞ mənbələrinin məlumatına əsasən, HƏMAS atəşkəs danışıqlarında Qəzza müharibəsinə həmişəlik son qoymaqda israrlıdır.

 

Həmçinin qeyd olunur ki, Misir və Qətər müzakirəçiləri iki günlük atəşkəs üçün (tərəflərə təzyiq etməyi planlaşdırırlar.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"Ukraynaya yardım edə bilməyəcəyik" - BMT

BMT qış aylarında Ukraynaya yardım edə bilməyəcək.   Sfera.az bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndə...

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Eksper...