Daha bir ölkə “Bayraktar TB2” alıb

“Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının ixrac edildiyi ölkələr sırasına Maldiv adaları da əlavə edilib.
Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Maldiv adalarına komanda idarəetmə məntəqəsi və 6 ədəd “Bayraktar TB2”dən ibarət sistem satılacaq.
Artıq döyüş vasitələrinin təhvil verilməsinə başlanılıb.
Xatırladaq ki, Maldiv prezidenti Məhəmməd Muizzu 2023-cü ilin noyabrında Türkiyəyə səfər edib və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Muizzu Türkiyənin bəzi müdafiə sənayesi şirkətlərini də ziyarət edib.
“Bayraktar TB2” Türkiyənin ən çox ixrac etdiyi pilotsuz silahlı uçuş aparatıdır. İlk ixrac 2018-ci ildə Qətərə olub.
“Bayraktar TB2”lərin populyarlığı 2020-ci ildə 44 gün davam edən II Qarabağ müharibəsindən sonra xeyli artıb. Hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu tərəfindən yüksək ustalıqla istifadə edilən “Bayraktar TB2”lərin səmərəli vasitə olması Ukrayna-Rusiya müharibəsində də təsdiqini tapıb.
Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunan bu məhsul 33 ölkəyə ixrac edilib.
Vasif