ABŞ Yaponiya, Hollandiya və Hindistanla birgə bu ölkəyə qarşı koalisiya yaradır - ŞƏRH 

ABŞ Yaponiya, Hollandiya və Hindistanla birgə bu ölkəyə qarşı koalisiya yaradır - ŞƏRH 

“ABŞ Yaponiya, Hollandiya, Hindistanla birlikdə Çinə qarşı koalisiya yaratmağa çalışır”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.


Politoloq bildirib ki, ABŞ Çindən yarımkeçiricilərin ixracının 2 ildir qarşısını almağa çalışsa da, çip istehsalı məhsullarının daşınması olduqca artıb:


“ABŞ 2022-ci ilin oktyabrından başlayaraq Çinin yarımkeçiricilərə çıxışını məhdudlaşdırmaq üçün geniş ixrac məhdudiyyətləri tətbiq edir. Yaponiya və Hollandiya da Vaşinqtonun göstərişi ilə eyni addımı atmağa qərar veriblər. Buna baxmayaraq, qadağalara daxil olmayan məhsulların, əsasən orta səviyyəli və yüksək səviyyəli çip istehsalı avadanlıqlarının Çinə daşınması kəskin şəkildə artıb. Bu, Vaşinqtonu təşvişə salıb və Amerika bu sahədə əsas oyunçu olan iki ölkənin daha sərt tədbirlər görməsini tələb edib”.


E.Şahinoğlunun sözlərinə görə, ABŞ Yaponiya və Hollandiya ilə razılaşma əldə edərək bu iki ölkə ilə birlikdə Çinin yarımkeçiricilərlə bağlı ixracat məhdudiyyətlərini genişləndirməyə çalışacaq:


“Mövcud məhdudiyyətlər 10-14 nanometr və ya daha kiçik diapazonda yarımkeçiricilərin ixracının qarşısını almalıdır. Yaponiyanın şirkətləri bu sahədə aparıcı mövqelərə malikdirlər. Ona görə də Vaşinqtonun Tokiodan tələbi budur ki, Yaponiya şirkətləri çip istehsal edən kimyəvi maddələrin Çinə satışına imkan verməsinlər. Bundan sonra Yaponiya şirkətləri ultrabənövşəyi litoqrafiya üçün fotorezisti ixrac etmək barədə hökumətin icazəsini almalıdırlar. 

 

Yarımkeçirici istehsalçıları arasında Hollandiyanın “ASML” şirkəti də var. Vaşinqton Hollandiya hökumətindən də Çinə çipqayırma avadanlığının satılmasını və onlara xidmət göstərilməsini dayandırmağı tələb edib. ABŞ, Yaponiya və Hollandiyanın birgə məqsədi isə Çinə çiplərin istehsalına şərait yaradacaq avadanlıq və məhsulların satışını məhdudlaşdırmaqdır. ABŞ Almaniya və Cənubi Koreyanın da Çinə çip istehsalına imkan verən komponentlərin tədarükünü dayandırmağa çağırıb”.

 

Siyasi şərhçi qeyd edib ki, Çinin çip istehsalını artırmağa çalışması qonşu Hindistanı da narahat edir:

 

“Vaşinqton kimi Dehli də hesab edir ki, Çin çiplərdən hərbi gücünü artırmaq üçün istifadə edir. Ona görə də ABŞ-nin Yaponiya və Hollandiya ilə birgə Çinə çip istehsalına şərait yaradan məhsulların satışını qadağan etməsi Hindistanın da maraqlarına cavab verir.

 

Bu arada, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarın Yaponiyaya 3 günlük səfəri diqqəti çəkib. Tokiodakı görüşlərdə iki ölkə arasında əməkdaşlığın genişlədirilməsi mövzuları müzakirə olunub. Dehli və Tokio bu əməkdaşlığı “strateji dialoq” kimi qiymətləndirirlər. Hindistanla Yaponiya arasında strateji tərəfdaşlığın məqsədlərindən biri Çinin bölgədə artan hərbi gücünə qarşı ittifaq formalaşdırmaqdır”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Eksper...

Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından YAZDI: "Partlayış təhlükəsi var, bizi..." - VİDEO

Bakının Xətai rayonunda baş verən güclü yanğınla bağlı "Xəzər" TV-də təxliyə işləri həyata keçirilir.   Sfera.az xəbər verir ki, ...