Zaxarova Qarabağdan DANIŞDI: "Özünü sülhməramlı kimi..."

"Fransa Afrikadakı siyasəti iflasa uğradıqdan sonra Cənubi Qafqaza keçdi və indi özünü Qarabağda sülhməramlı kimi təqdim etməyə çalışır".
Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalının efirində deyib.
Diplomatın sözlərinə görə, bu siyasətin sülhlə heç bir əlaqəsi yoxdur.
“Məhz bizim ölkə Qarabağda vəziyyətin nizamlanması kontekstində vasitəçi kimi bütün sülhməramlı rolu öz üzərinə götürdü və yerinə yetirdi”, - Zaxarova qeyd edib.
Xatırladaq ki, ötən ay Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya rəsmi səfərə gedib. Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri ilə birgə keçirdiyi brifinqdə bildirib ki, rəsmi Paris Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir.
Əzizə