25 dəqiqə ürəyi dayanan qadını əri həyata qaytardı: "Heç gözləmirdim..." - FOTO

ABŞ-nin Minnesota sakini 25 dəqiqəlik ürək dayanmasından və iki həftəlik komadan sonra sağ qalıb.
Sfera.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Çerli Cordan Uinstonun 2020-ci ildə ürəyi qəfil bərk döyünməyə başlayıb. 48 yaşlı qadın yataq otağının ortasında huşunu itirib. Onun əri Uinston dərhal təcili yardım çağırıb və tibb işçiləri gələnə qədər həyat yoldaşına ürək masajı edib. Həkimlər Uinstonu həyata qaytarmaq üçün defibrilatordan istifadə ediblər və sonra onu xəstəxanaya aparıblar. O, tibbi səbəblərdən komaya salınıb.
Qadın iki həftə komada qalıb və sağ-salamat oradan çıxıb. Qadının sözlərinə görə, o heç vaxt belə bir şeyin olacağını gözləmirmiş, çünki əvvəllər ürəyində problem olmayıb, yorğunluq hiss etməyib və sinə ağrısından şikayətlənməyib. Çerli sonradan öyrənib ki, belə simptomların olmaması ürək-damar sistemində heç bir problem olmadığı mənasına gəlmir.
Uinston deyib: “25 dəqiqə ərzində ürəyim döyünməsə də, heç bir ciddi nəticələr yaşamadım və normala qayıda bildim”.
Həkimlər Uinstona bildiriblər ki, ərinin göstərdiyi ilk yardım onun həyatını xilas edib. İndi o hər kəsi ürək-ağciyər müayinəsini yerinə yetirməyə çağırır.
İnci