Fransanın Ukraynaya qoşun göndərməsi o deməkdir ki... - AÇIQLAMA

Fransanın Ukraynaya qoşun göndərməsi o deməkdir ki... - AÇIQLAMA

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı çaşqın bəyanatları Avropa İttifaqı (Aİ) liderlərinin şüurunda qeyri-müəyyənliyi əks etdirir.

 

Sfera.az xəbər verir ki, politoloq Boqdan Bezpalko REN telekanalı ilə söhbətində Fransa dövlət başçısının sözlərindəki ziddiyyətləri belə izah edib.

 

“İndi Fransa tərəfi bir ifratdan digərinə atılır.  Odessaya müdaxilə etmək üçün qoşun göndərəcəklərimi deyirlər, sonra da hazır olmadıqlarını bəyan edirlər. Bu, Avropa liderlərinin hisslərini əks etdirir”, - ekspert deyib.

 

O qeyd edib ki, qeyd olunan qeyri-müəyyənlik Aİ ölkələrinin Ukraynadakı məqsədləri ilə Qərbin əlində olan vasitələr arasındakı uyğunsuzluqla bağlıdır. Bir tərəfdən, Brüssel Moskvanın qalib gəlməsinə imkan vermək istəmir, digər tərəfdən isə Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağın yeganə yolu NATO-nun birbaşa müdaxiləsidir ki, bu da bir çox Avropa ölkələri üçün qəbuledilməz hesab olunur.

 

Martın 8-də Makron parlament partiyalarının liderləri ilə görüşündə Fransa qoşunlarının Ukraynaya yeridilməsi şərtlərini açıqlayıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Kiyev və ya Odessaya hücumu zamanı Paris bunu edə bilər.

 

İnci


OXŞAR XƏBƏRLƏR