8 Martda bir xanımı XİLAS EDƏK! - FOTOLAR

8 Martda bir xanımı XİLAS EDƏK! - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsində mühasib işləyən, təqaüdçü valideynləri ilə yaşayan Muradova Şahnaz başlarına gələn faciəvi hadisəyə qədər ailənin əsas dəstəkçisi olub.

 

Sfera.az xəbər verir ki, ailə üçün bədbəxt hadisələr 12 yanvar 2024-cü ildən başlayıb. Həmin tarixdə Şahnazın uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkən anası Sənəm xanım beyinə qan sızması (anevrizma) diaqnozu ilə Avrasiya Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Yanvarın 16-da anasını ziyarətdən evə qayıdarkən Şahnaz, qardaşı Vasif və atası Yavər bəy yol qəzasına düşüblər. Atası və qardaşı xoşbəxtlikdən yüngül xəsarət alıb, lakin üstünə işıq dirəyi aşan Şahnaz çox ağır vəziyyətdə Avrasiya Hospitala çatdırılıb. Ona 7-ci boyun fəqərəsinin sınığı, ciddi baş beyin travması, ağ ciyər zədələnməsi diaqnozları qoyulub. Şahnaz yanvarın 18-də Avrasiya Hospitalda cərrahi əməliyyat olunub. Sınıq fəqərəsi implantla əvəz edilib. Lakin bu, gənc qızın ayağa qalxmasına kömək olmayıb.

 

Maddi imkanın məhdud olması səbəbindən müalicə yarımçıq saxlanılıb, yanvarın 30-da həm Şahnaz, həm də anası Sənəm xanım evə göndəriliblər. Şahnaz, təəssüf ki, iflic vəziyyətdə yatağa bağlıdır, anası isə süni nəfəs aparatına bağlı koma vəziyyətindədir. Hər iki xəstənin gündəlik xərclərini ödəmək (dərmanlar, evə gələn tibbi personal, süni nəfəs aparatının oksigen təminatı və s) həddən artıq xərc tələb edir.

 

Qardaşı Vasif ailəlidir, iki övladı var və kirayədə yaşayır, maddi yardım etmək imkanı yoxdur. Şahnazın ayağa qalxması üçün daha bir əməliyyata ehtiyacı var və bunun üçün bizim maddi dəstəyimizi gözləyir.


Yardım etmək istəyənlər üçün əlaqə nömrəsi və bank məlumatları:

 

Kart nömrəsi: 5239151757597185

Telefon nömrəsi: 050 571 77 09

Muradov Yavər (atası)


OXŞAR XƏBƏRLƏR

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...