Fransa öz qoşunlarını Ukraynaya göndərir? - Makrondan Rusiyaya XƏBƏRDARLIQ

Siyasət
14:25 / 08.03.2024
6290
“Rusiya Silahlı Qüvvələri Odessa və ya Kiyev istiqamətində hücumlarını davam etdirərsə, Fransa öz qoşunlarını Ukraynaya göndərə bilər”.
Sfera.az bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O, bu barədə partiya liderləri ilə görüşündə bildirib.
Bundan əlavə, Fransanın müdafiə naziri Sebastyan Lekornu qeyd edib ki, Qərb qoşunlarının Ukraynaya yeridilməsi ilə bağlı müzakirələr əsgərlərin döyüş əməliyyatlarında iştirakına aid deyil. Onun sözlərinə görə, hazırda Kiyevi dəstəkləmək istiqamətində yollar nəzərdən keçirilir. Onlardan biri əraziləri təmizləmək və Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün Qərb hərbçilərinin olmasıdır.
Günay