ABŞ Ukraynaya hərbçi göndərir? - Baydendən Putinə SƏRT MESAJ

ABŞ Ukraynaya hərbçi göndərir? - Baydendən Putinə SƏRT MESAJ

ABŞ Prezidenti Co Bayden “Birliyin vəziyyəti” ilə bağlı illik müraciətini edib. 

 

Sfera.az xəbər verir ki, siyasətçi çıxışına Ukraynadakı münaqişəni müzakirə etməklə başlayıb və qeyd edib ki, Amerika hərbçilərini respublika ərazisinə göndərmək fikrində deyil.

 

O, Rusiya lideri Vladimir Putinə də mesaj verib:

 

"Prezident Putinə mesajım sadədir. Biz geri çəkilməyəcəyik, əyilməyəcəyik. Mən əyilməyəcəyəm".

 

Prezident Konqresi Rusiyaya qarşı mübarizə aparmağa və Kiyevə yeni hərbi yardım tələbini təsdiqləməyə çağırıb. O əlavə edib ki, dəstəyin olmaması təkcə Ukraynanı deyil, həm də Avropanı və bütün dünyanı təhlükə altına salacaq.

 

Daha əvvəl “Politico” qəzeti Ukrayna lideri Volodimir Zelenskiyə yaxın mənbəyə istinadən yazıb ki, Kiyev Baydenin Konqresdəki çıxışı zamanı genişmənzilli ATACMS raketlərinin tədarükü ilə bağlı aydın vədlər gözləyir. Qeyd olunub ki, Ukrayna tərəfi təkcə Vaşinqtonun ümumi dəstək bəyanatlarına ümid bəsləmir. 

 

Əzizə


OXŞAR XƏBƏRLƏR