Gürcüstanda ən yüksək maaşı bu şəxslər alacaq

Gürcüstanda ən yüksək maaşı bu şəxslər alacaq

2025-ci ilin yanvarından Gürcüstanda ən yüksək maaşı prezident və baş nazir alacaq.


Sfera.az bildirir ki, Gürcüstan KİV-i yazıb ki, müvafiq düzəlişlər ölkə parlamenti tərəfindən üçüncü və yekun oxunuşda təsdiqlənib.



Dəyişikliyə əsasən, prezidentlə hökumət başçısının maaşı eyni olacaq. Hökumət üzvlərinə və deputatlara gəlincə, onların maaşları yeni düsturla hesablanacaq: baza maaşı tutduğu vəzifədən asılı olacaq əmsalla vurulacaq.
 

Ən yüksək əmsal prezident və baş nazir üçün olacaq:10.
 

Parlamentin sədri, nazirlər, dövlət nazirləri, habelə muxtariyyətlərin və muxtar vilayətlərin Ali Sovetinin rəhbərləri üçün: 8.5. Nazir müavinləri və digər müavinlər üçün isə 7:25 olacaq.
 

Gürcüstanın 2024-cü il büdcəsində dövlət qulluqçusunun maaşının 1330 lari olduğu qeyd olunub.

 


OXŞAR XƏBƏRLƏR