Qızıl bahalaşmaqda davam edir, dollar UCUZLAŞACAQ?

Beynəlxalq birjalarda son on gündə qızılın qiymətində sürətli artım müşahidə edilir.
Sfera.az xəbər verir ki, fevralın son günlərində xalis qızılın (999.99 əyar) bir qramının qiyməti 65 dollar olduğu halda hazırda 70 dollardır.
Mövcud qiymət səviyyəsi ən yüksək qiymət həddidir. İndiyə qədər belə yüksək qiymət müşahidə olunmayıb.
Qızılın qısa müddətdə sürətlə bahalaşmasının səbəbi ABŞ-də faizlərin endiriləcəyinə dair gözləntilərin artmasıdır. ABŞ-də mərkəzi bank funksiyasını həyata keçirən FED-in rəhbəri faizlərin endirlməsinin mümkün olduğuna dair açıqlama verib. Amerikalı analitiklər faizlərin iyundan artırılacağını gözləyir.
Bu gözləntilər fonunda qızılda bahalaşma baş verir. Qızılın bahalaşması isə ondan xəbər verir ki, birjalar yaxın aylarda dolların ucuzlaşacağını təxmin edir.
Qeyd edək ki, qızılın bahalaşması Azərbaycandakı qızıl-zinət əşyalarının da dəyərinə təsir edir. Hazırda daxili bazarda 5 qram çəkisi olan 750 əyar qızılın qiyməti 600 manatdan baha satılır.
Vasif