II Bakı Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə Konfrans keçirildi - FOTOLAR

II Bakı Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə Konfrans keçirildi - FOTOLAR

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC korporativ sosial məsuliyyət və dayanıqlı inkişafla bağlı daha bir önəmli tədbirə dəstək olub. Şirkət növbəti dəfə “II Bakı Beynəlxalq Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə Konfrans”ın (ESG) baş sponsoru qismində çıxış edib.

 

Sfera.az xəbər verir ki, “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” və Bakı şəhərində baş tutacaq COP-29-a həsr edilən konfransın keçirilməsində əsas məqsəd iqtisadiyyatın müxtəlif sahələrində və cəmiyyətdə dayanıqlı inkişafın reallaşdırılmasına nail olmaq üçün qabaqcıl təcrübə və innovativ ideyaların mübadiləsi üzrə platformanın yaradılmasıdır.

 

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı ekspertləri, deputatları, sənaye liderlərini bir araya gətirən konfransda Korporativ Sosial Məsuliyyət (KSM), biznes etikası, yaşıl iqtisadiyyata keçid və ESG təcrübələrinin tətbiqi, iqlim dəyişikliyi və digər aktual mövzular müzakirə olunub.

 

Konfransda “Azərlotereya”nın ölkəmizin inkişafında önəmli rola malik uğurlu KSM təcrübəsi paylaşılıb, şirkətin həyata keçirdiyi “Hər şey Qarabağ üçün” və “Əmanətə sədaqət” layihələri iştirakçıların marağına səbəb olub. Qeyd olunan layihələr əsasında işğaldan azad edilən ərazilərin bərpasına və dirçəlişinə dəstək göstərilməsi, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarının təhsil və yaşam xərclərinin qarşılandığı vurğulanıb.        

 

Tədbir “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək müxtəlif prioritet mövzular üzrə örnək olan KSM təşəbbüslərin icra olunması üçün konfransın məqsədlərini və fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, “Azərlotereya” fəaliyyətində hər zaman sosial və ictimai məsuliyyət prinsiplərinə riayət edərək cəmiyyətin inkişafına nail olmaq üçün strateji layihələr hazırlayır, ölkə əhəmiyyətli tədbirlərin təşkilinə daim dəstək olmaq yolunda addımlayır.

 

Konfrans müxtəlif maraqlı panel çıxışları ilə davam edib.


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...