Aktyor dilənçilik edərək dolanır - FOTOLAR

Çinli peşəkar aktyor Lu Jingang 12 ildir paytaxtın məşhur mənzərəli yerlərində dilənçi rolunu oynayaraq, xeyirxah insanlardan pul və yemək alaraq dolanıb.
Sfera.az bildirir ki, Lu Jingang cır-cındır geyinir, çirkli sifətlə gəzir və kasıblara kömək etmək istəyən turistlərdən məharətlə pul alır.
Çoxları onun əslində dolanmağa çalışdığını düşünsə də, bu belə deyil. Lu, 12 ildir ki, dilənçi "rolu oynayan" peşəkar aktyordur.
Məlumatlara görə, istedadlı aktyor ayda 70 min yuana (təqribi 16,5 min Azn) qədər qazanır. Hələ yeməklər bu pula daxil deyil.
“Time Doctor” qeyd edir ki, hazırda Çində orta aylıq əmək haqqı təxminən 29 min yuan (demək olar ki, 7 min Azn) təşkil edir. Buradan belə nəticə çıxır ki, aktyor küçədə adi fəhlədən iki dəfə çox qazanır.
Lu pul qazanmağın bu qeyri-adi yolunu seçməsini, sadəcə olaraq, ictimaiyyət qarşısında çıxış etməyi sevdiyi üçün seçdiyini deyir. İlk başda insanlar onu bu yoldan çəkindirməyə çalışsalar da, o heç kimin məsləhətlərinə əhəmiyyət verməyib. Əvvəlcə ailəsi də ona dəstək verməyib, lakin onun yaxşı pul qazandığını gördükdən sonra fikirlərini dəyişiblər.
Vaxt keçdikcə Lu Jingang gündəlik roluna və son vaxtlar onu sosial mediada məşhur edən performansına daha çox uyğunlaşıb. İndi Lu üçün insanların diqqətini və pullarını cəlb etmək daha da asanlaşıb. Onun yazıq görkəmi, geyimi, yuyulmamış üzünün kədərli ifadəsi, yalvarışları yoldan keçənləri ona kömək etmək üçün istər-istəməz əllərini ciblərinə aparmağa məcbur edir.
Lu həmçinin insanlara bəxtlərini dilənçi kimi sınamaq üçün “onun obyektinə” gəlməmələri barədə xəbərdarlıq edib. Lu deyir ki, əks halda, onun “professional ifası” ilə rəqabət aparmaqda çətinlik çəkəcəklər.
Aysel
Sfera.az