"2024-cü il üçün sertifikasiya yox, diaqnostika keçiriləcək" -  Eşqi Bağırov 

"Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında məqsədlərdən biri də XXI əsrin tələblərinə uyğun təhsildir".

 

Sfera.az xəbər verir ki, bunu brifinqdə MÜTDA-nın direktoru Eşqi Bağırov deyib.

 

​"Bu məqsədə nail olmaq üçün mexanizmlərdən biri erkən yaş dövründə təhsilin keyfiyyətini artırmaq və bunun üçün məktəbəqədər təhsil üzrə kadr potensialını yaxşılaşdırmaqdır.2026-cı ilin sonunadək məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji və idarəetmə heyətin peşəkar inkişafı ilə yanaşı, qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətin sertifikatlaşdırılması sistemini yaratmaq və tətbiq etmək nəzərdə tutulur. Qeyd edək ki, bu məqsədlə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, "Məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji və idarəetmə heyətin sertifikatlaşdırılması qaydaları" Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub".

 

E.Bağırovun sözlərinə görə, sertifikasiya prosesini daha effektiv həyata keçirmək üçün öncə məktəbəqədər təhsil müəssisəsində çalışan 17000 heyətin 2024-cü ildə ilkin qiymətləndirilməsi planlaşdırılır:

 

"Qiymətləndirmənin məqsədi sertifikasiya prosesinə daha hazırlıqlı olmaq və onu uğurla başa vurmaq üçün pedaqoji və idarəetmə heyətinə dəstək xarakteri daşıyır. 2024-cü il üçün sertifikasiya yox, diaqnostika keçiriləcək. Diaqnostik qiymətləndirmə bütün respublikanı əhatə edəcək. Proses yay aylarına təşkil olunacaq. Bir mərhələdə elektron qaydada namizədlərə 60 test veriləcək. Məzmun isə uşaq psixologiyası, pedaqogika və nəzəri suallardan ibarət olacaq. Müəllimlərin cəlb olunması üçün ən azı 1 ay qabaqcadan xəbərdarlıq ediləcəkdir. Fürsətdən istifadə edib, bütün tərbiyəçilərə uğurlar arzulayıram".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR