Etibarnamə ilə avtomobil satan şəxslərə ÜZÜCÜ XƏBƏR - VİDEO

Etibarnamə ilə avtomobil satan şəxslərə ÜZÜCÜ XƏBƏR - VİDEO

Etibarnamə ilə avtomobil satan şəxs ödənilməyən cərimələrə görə sürücülük vəsiqəsini dəyişə bilmir.

 

Sfera.az xəbər verir ki, belə bir problemlə Masallının Qızılağac kənd sakini Rafiq Həsənov üzləşib. O deyir ki, özünə məxsus 44-CF-825 dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ildə etibarnamə ilə Masallının Boradigah qəsəbəsində yaşayan bir nəfərə satıb.

 

Onun sözlərinə görə, yaşı ilə əlaqəli bu ilin yanvar ayında sürücülük vəsiqəsini dəyişdirmək istəyib.

 

Masallı “ASAN xidmət” mərkəzindən bildirilib ki, onun adına olan avtomobilin 80 manat cəriməsi var. Sürücülük vəsiqəsini yalnız bu cəriməni ödədikdən sonra dəyişdirə bilər.

 

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev məsələ ilə bağlı bildirdi ki, cərimələrin mülkiyyətçiyə gəlməsinə səbəb verilmiş etibarnamənin müddətinin bitməsidir.

 

Onun sözlərinə görə, belə hallarda nəqliyyat vasitəsinin mülkiyyətçisinin rəsmi müraciəti əsasında məsələyə baxılır və problemin aradan qaldırılması üçün qanunauyğun tədbirlər görülür.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

FHN Salyandakı yanğınla bağlı məlumat yaydı

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. ...

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.   Sfera.az xəbər v...

Çirkli corab və çürük ət iyi gəlir: Sidneydə nadir “cəsəd çiçəyi” böyük maraq doğurub - FOTOLAR

Avstraliyanın Sidney şəhərində nəsli kəsilməkdə olan və çiçək açdıqda çürüyən ət iyi verən nadir bitki çiçək açıb. Bu təbiət möcüzəsini görməyə 20 mindən çox in...

Bomba partlatmaqla muzeydən qızıl dəbilqəni qarət etdilər

Hollandiyanın Assen şəhərindəki Drents Muzeyində oğrular binanın kənarına partlayıcı yerləşdirdikdən sonra qədim Dacia krallığının qızıl sərgisindən bir neçə mü...

Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.   Sfera.az xəbər verir ki, bunu Uk...

Salyanda yük maşınında partlayış - Yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kən...