Gəncədə iki ailənin yaşadığı bitişik evlərdə yanğın oldu
![Gəncədə iki ailənin yaşadığı bitişik evlərdə yanğın oldu](https://sfera.az/photo/orginal/2024/03/02/1709403817_fhn.jpg)
Hadisə
22:20 / 02.03.2024
14197
Gəncə şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Gəncə şəhərində bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 150 m² olan birmərtəbəli evlərdən sahəsi 70 m² olan 4 otaqlı evin 2 otağının tavanı 35 m² sahədə, bitişik sahəsi 80 m² olan 4 otaqlı evin 2 otağının tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.