Gəncədə iki ailənin yaşadığı bitişik evlərdə yanğın oldu

Gəncədə iki ailənin yaşadığı bitişik evlərdə yanğın oldu

Gəncə şəhərində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Gəncə şəhərində bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 150 m² olan birmərtəbəli evlərdən sahəsi 70 m² olan 4 otaqlı evin 2 otağının tavanı 35 m² sahədə, bitişik sahəsi 80 m² olan 4 otaqlı evin 2 otağının tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

 

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR