Ramanada ev YANDI - YENİLƏNDİ
![Ramanada ev YANDI - YENİLƏNDİ](https://sfera.az/photo/orginal/2024/03/02/1709387097_fhn3.jpg)
Hadisə
18:00 / 02.03.2024
16899
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Sfera.az-a Nazirlikdən məlumat verilib.
***
16:56
Ramanada ev yanır.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.