İran və Türkiyə XİN başçıları arasında telefon danışığı: Bu məsələlər müzakirə olundu

İran və Türkiyə XİN başçıları arasında telefon danışığı: Bu məsələlər müzakirə olundu

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və türkiyəli həmkarı Hakan Fidan arasında ötən gün telefon danışığı olub.

 

Sfera.az İran mətbuatına istinadən xəbər verir ki, tərəflər Fələstindəki son hadisələr də daxil olmaqla, bir sıra ikitərəfli, regional və beynəlxalq məsələlər barədə müzakirələr aparıblar.


İranın xarici işlər naziri Qəzza böhranı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin nazirlər toplantısına işarə edərək real nəticələrin əldə ediləcəyinə ümid etdiyini bildirib.

 

O həmçinin İran prezidenti İbrahim Rəisinin yanvar ayında Türkiyəyə etdiyi rəsmi səfər zamanı əldə olunmuş ikitərəfli razılaşmalara toxunaraq, sazişlərin həyata keçirilməsi üçün daim qarşılıqlı səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

 

Fidan isə öz növbəsində İran prezidentinin Ankaraya səfərindən sonra Türkiyənin İranla əməkdaşlığı inkişaf etdirmək istədiyini bildirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...