Qadın telefon işığı ilə oğlunda nadir xərçəng növü aşkarladı - FOTO

Qadın telefon işığı ilə oğlunda nadir xərçəng növü aşkarladı - FOTO

Böyük Britaniyada qadın telefon kamerasındakı işıqdan istifadə edərək oğlunda nadir xərçəng növü aşkar edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

 

Məlumata görə, Kent ştatının Gillingham şəhərindən olan 40 yaşlı Sara Hedges uşaqları üçün şam yeməyi hazırlayarkən üç aylıq oğlu Tomasın gözündə "ağ parıltı" görüb. Əvvəlcə qadın işığın sadəcə uşağın göz bəbəyindən əks olunduğuna qərar verib, lakin sonradan narahat olmağa başlayıb. Ertəsi gün o, fərqli işıqlandırma altında oğlunun gözünün içinə baxıb və göz bəbəyində yenidən ağ parıltı tapıb. Sonra o, telefonda işıqlı funksiya ilə göz şəklini çəkməyə qərar verib. Şəkildə körpənin göz bəbəyində ağ ləkə aydın görünüb. İnternetdə aparılan axtarış nəticəsində məlum olub ki, bu qəribə simptom xərçəng əlaməti ola bilər. Sara panikaya düşüb və dərhal terapevtlə görüş təyin edib.

 

Həkim Toması müayinə edib və ona retinoblastoma diaqnozu qoyub: bu nadir növ retina xərçəngi yalnız iki yaşa qədər uşaqlarda rast gəlinir. Xəstəliyin simptomları arasında gözlərin qıyılması, görmənin azalması, işığa reaksiyanın azalması ilə bəbəyin genişlənməsi, irisin rənginin dəyişməsi, gözün qızarması və ağrı daxildir. Retinoblastomun ən çox görülən əlaməti leykokoriyadır - göz bəbəyinin nahiyəsində anormal ağ refleks.

 

Diaqnozdan sonra körpə dərhal Londondakı xəstəxanaya göndərilib, burada o, altı kurs kemoterapiya keçib. Vaxtında aparılan müalicə sayəsində o, xərçəngə qalib gəlib və tam sağalıb. Saranın sözlərinə görə, Tomas indi xoşbəxt və sağlam uşaq kimi böyüyür.

 

İnci

 


OXŞAR XƏBƏRLƏR