“Brilyant imperatoru” hərəkətə keçdi – Bakıya qarşı planın arxasında məşhur şəxs

“Brilyant imperatoru” hərəkətə keçdi – Bakıya qarşı planın arxasında məşhur şəxs

Avropa Parlamentində (AP) Azərbaycana qarşı sanksiya çağırışları yüksəlir. Hətta artıq bununla bağlı qətnamə də qəbul edildi. Lakin nə bu günə qədər qəbul edilən qətnamələrin, nə də bundan sonrakıların Bakının nəzərində heç bir əhəmiyyəti yoxdur.

 

AP-də təmsil olunan deputatların əksəriyyəti tərəfli yanaşma sərgiləyir. Yenə bir çoxu erməni lobbisi və diasporunun əlində marionetə çevrilib.

 

Avropa Parlamenti yeni seçkilərə hazırlaşdığı bir zamanda Azərbaycana qarşı çağırışların edilməsi təsadüfi deyil. Aydın məsələdir ki, erməni lobbisinin pulu ilə yenidən seçilmək istəyən deputatlar məhz buna görə aktivləşib, Azərbaycanı hədəf seçiblər.

 

Erməni lobbisi və diasporundan söz düşmüşkən, bir şəxs daha çox diqqət çəkir. Bu maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli qanlı brilyant qaçaqmalçısı Kaspar Karapetyan dayanır.

 

Belə ki, Avropa İttifaqı-Ermənistan dostluq qrupu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx bağlıdır. Kaspar Karapetyan isə bu təşkilatın prezidentidir.

 

Kaspar Karapetyan AP-nin bir sıra deputatlarını sanki dirijor çubuğu ilə idarə edir. Misal üçün K.Karapetyan Avropa Parlamentində və Aİ-dəki bəzi rəsmiləri maliyyələşdirərək onların əli ilə Aİ-nin Rusiyanın brilyant biznesinə sanksiya tətbiqinə mane olur. Onu da qeyd edim ki, almazlar Rusiyadan Belçikaya gətirilir, orada cilalanır və satılır. Ermənistandan da almazlar eyni qaydada Belçika vasitəsilə cilalanıb satılır. Məhz Karapetyanın biznesi bunun üzərində qurulub və AP deputatlarına verilən rüşvətin mənbəyi budur.

 

Karapetyanın brilyant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır. Bu mənada Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin deputatları Azərbaycanı hədəf alır.

 

Aydın məsələdir ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Buna görə də həmin qətnamələr nəzərimizdə əhəmiyyət daşımır. Məsələyə sadəcə “it hürər, karvan keçər” misalı ilə yanaşmaq lazımdır.

 

Müəllif: Politoloq Turan Rzayev
 


OXŞAR XƏBƏRLƏR

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...