Tələbə və gənclər üçün “Layihələrin yazılması və idarə olunması” adlı təlim proqramı baş tutdu

Tələbə və gənclər üçün “Layihələrin yazılması və idarə olunması” adlı təlim proqramı baş tutdu

GSM-in (Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi) təşkilatçılığı ilə bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün 2023-cü ilin 5-9 sentyabr tarixlərində “Layihələrin yazılması və idarə olunması” mövzusunda qısamüddətli təlim kursu keçirilib.

 

Sfera.az xəbər verir ki, təlim kursunun əsas məqsədi iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, layihələrin hazırlanması və idarə olunması, donorlarla əlaqələrin qurulması, fandreyzinq imkanlarının artırılması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdən ibarət olub.

 

Proqram çərçivəsində peşəkar təlimçilər tərəfindən aşağıdakı mövzular üzrə seminarlar təşkil olunub:


* Tədqiqat metodları və təhlil;
* Layihə təkliflərinin hazırlanması: layihənin hədəf aldığı problem və onun əsaslandırılması (problem tree) necə tərtib edilir?
* Məntiqi Çərçivə Matriksi (LogFrame) hazırlanması;
* Layihənin “həyat dövrü” və layihə menecmentinin əsasları;
* Layihə təklifinin inkişafı: kommunikasiya və layihə barədə məlumatlandırma (visibility) strategiyaları;
* Monitorinq və qiymətləndirmə, hesabatların hazırlanması;
* Humanitar, sosial və təhsil istiqamətli layihələr üçün mövcud maliyyə imkanları, resurslar və alətlər;
* Yerli və beynəlxalq fandreyzinq (maliyyələşmə) imkanlarının artırılması.

 

Proqram çərçivəsində təşkil edilən “layihə inkubatoru” simulyasiya məşğələsi zamanı iştirakçılar real layihə təklifi hazırlayaraq qrant müsabiqələrinə müraciət prosesinin bütün mərhələləri üzrə təcrübə əldə ediblər.

 

Qeyd edək ki, təlim proqramı tamamilə ödənişsiz əsaslarla təşkil olunub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...