Amerikalı jurnalistdən Pentaqona SƏRT MESAJLAR: “Səmərəsiz, korrupsioner...”

Siyasət
10:26 / 29.02.2024
3028
“ABŞ ordusu səmərəsizdir.”
Sfera.az bildirir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib. O, ordunu həm də “korrupsiya ocağı” kimi dəyərləndirib.
“ABŞ ordusu korrupsiyalaşmış və səmərəsizdir. Əslində bu, ölkəmiz üçün təhlükə yarada bilər. Yeri gəlmişkən, 80 ildən artıqdır ki, ABŞ ordusu bir dənə də olsun böyük müharibədə qalib gəlməyib”, – jurnalist bildirib.
Karlson əlavə edib ki, problemin kökü ordu rəhbərliyindədir.
Rusiyaya səfərindən sonra Karlson bloger Leks Fridmana uzun müsahibə verib. O, Vaşinqtonu NATO-dan çıxmağa çağırıb. “Çünki təşkilat ABŞ-yə sərf etmir və onun vətəndaşlarının hüquqlarını pozur”, - bildirib.
Günay