“O, Kraliçaya xəyanət edib”- Tramp şahzadə Harrini ABŞ-dan deportasiya etməklə hədələyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp şahzadə ikinci müddətə seçiləcəyi təqdirdə Şahzadə Harrini ölkədən deportasiya edəcəyi ilə hədələyib.
Sfera.az bildirir ki, Donald Tramp bu barədə Vaşinqton konfransındakı çıxışında danışıb.
Tramp ikinci müddətə yenidən seçiləcəyi təqdirdə mühacir problemini həll etməyi planlaşdırdığını qeyd edib. O bildirib ki, immiqrantlar məsələsinə ciddi yanaşacaq və Britaniya kralının kiçik oğlunu Co Bayden kimi “müdafiə etməyəcək”.
Bundan əlavə, Şahzadə Harri qeyri-qanuni maddələrdən istifadə etdiyini açıq şəkildə etiraf edib.
Trampın bu barədə sərt çıxışı Şahzadə Harrinin ABŞ-ın immiqrasiya sənədlərində narkotik istifadəsi ilə bağlı məhkəməsindən bir gün sonraya təsadüf edib. Qeyd edək ki, Harri qadağan olunmuş maddələrdən istifadəsi barədə öz xatirələrində (“Ehtiyat” kitabında) etiraf etmişdi.
Yeri gəlmişkən, bundan sonra “Heritage Foundation” Co Baydenin Daxili Təhlükəsizlik Departamentini məhkəməyə verib. Onlar iddia edirlər ki, ABŞ-ın immiqrasiya qanununa əsasən, narkotik istifadəsinə dair sübutlar vizadan imtina üçün əsas kimi istifadə edilə bilər.
Tramp da Bayden administrasiyasını Şahzadə Harrinin immiqrasiya ərizəsini məxfi saxlamaqla, onu “qoruduğunu” iddia edib və bundan çox qəzəbləndiyini dilə gətirib.
"Mən onu müdafiə etməzdim. O, kraliçaya da xəyanət edib. Bu, bağışlanmazdır" - deyə Tramp bildirib.
Siyasətçi həmçinin hesab edir ki, kral ailəsi də Şahzadə Harriyə elədiyi bu qədər şeylərdən sonra həddən artıq mərhəmətli davranır.
Xanım
Sfera.az