Freddi Merkurinin Londondakı evi 30 milyona satışa çıxarıldı

Əfsanəvi “Queen” qrupunun solisti Freddi Merkurinin ölümündən otuz ildən çox vaxt keçib.
Sfera.az xəbər verir ki, Merkurinin Londondakı dəbdəbəli evi bazarda 30 milyon funt-sterlinq dəyərindədir.
Müğənni Londondakı bu dəbdəbəli “Garden Lodge” malikanəsini 1985-ci ildə 500.000 funta satın alıb. O, 1991-ci ildə vəfat edənə qədər bu evdə yaşayıb.
Onun ölümündən sonra malikanə keçmiş sevgilisi və ömür-gün yoldaşı Meri Ostinin adına keçib. Mülk bir neçə il əvvələ qədər pərəstişkarlar üçün ziyarət yeri olub. İnsanlar hələ də evin darvazalarına müğənni üçün mesajlar qoyur.
Hal-hazırda 72 yaşlı Ostin mülkü “Knight Frank”da 30 milyon funt-sterlinqə hərraca çıxarmaq qərarına gəlib.
Meri Ostin jurnalistlərə açıqlamasında:
"Əslində bu, öz adıma olan yeganə evim idi. Evin üzərində Fredə görə üçün işləmişəm. Ev həmişə ona məxsus olacaq. Bu Freddinin arzusu idi, onun vizyonu idi"-deyə bildirib.
O, satış səbəbini övladlarının böyüyüb başqa yerdə yaşadığı üçün evdə tək qalması ilə izah edib.
Lakin əfsanəvi müğənninin pərəstişkarları bu xəbəri o qədər də yaxşı qəbul etməyiblər, çünki onların çoxu hələ də mütəmadi olaraq bura öz qəhrəmanını yad etmək üçün gəlirlər.
Bir pərəstişkarı: "Bircə onu deyə bilərəm ki, keçən ilin sentyabrında İngiltərəyə getdiyim üçün şadam. “Garden Lodge”un satışı mənim üçün kədərli və ağrılı xəbərdir. Evlə birlikdə Freddinin məzarı da getdi sanki. Biz buradan hara gedək?"-deyə gileylənib.
Qeyd edək ki, altı ay əvvəl “Sotheby's” auiksion şirkəti bu evdə 40 milyon funt-sterlinqdən çox rekord məbləğdə olan əşyaların hərracını keçirdib.
Aysel
Sfera.az