Bu qadına "Vandamın böyüyü" deyirlər - FOTOLAR

Bu qadına

Sosial şəbəkələrdə “She-Hulk” kimi məşhurlaşan hollandiyalı 34 yaşlı bodibilder Ceki Korn həddindən artıq diqqətdən yorulub. Bu barədə idmançı qadın 48 mindən çox izləyicisi olan İnstaqram səhifəsində paylaşım edib.
 

Sfera.az bildirir ki, diqqətçəkən bədən quruluşuna malik gənc qadın tez-tez məşq və güləşdən foto, videolar paylaşır. Bununla o, digər qadınları rekordlar qırmağa da ruhlandırır.
 

Gənc qaraşın əmindir ki, əksər kişilər onun öhdəsindən gələ bilməz. Ona tez-tez idman zallarında, küçədə “Vandam böyüyü” səslənirlər. İnsanların diqqətindən yorulduğunu deyən idmançı qız, xüsusilə kişilərin fantaziyalarının qurbanı olmaqdan şikayətlənir:
 

"Yad adamlar tez-tez pul müqabilində görüşmək istədiyimi sorurşurlar. Mənə mesajlar gəlir ki, əllərini öpərdim, ayaqlarının arasında saatlarla yatardım. Ya da ayaqlarımın şəklini skrin edib, altından min cür fantaziyalarını ifadə edən şərhlər yazıb, özəlimə göndərirlər. Hətta mənə evlənmək təklif edənlər olsa da, mən bunu başa düşmürəm. Necə beləşey yaza bilərsən? "evlənmək istəyirəm" deyirsən, heçmi fərqi yoxdur sənə kim olmağı? Mən ənənəvi fikirlərə, mental dəyərlərə sadiq qaldığım üçün bununla barışa bilmirəm. Diqqəti yüksək qiymətləndirsəm də, bu cür diqqətdən həqiqətən bezib, məyus oluram edirəm”.


Bundan əlavə, Ceki zarafatla ona çıxan bəzi namizədlərə bir az qorxmağı, ehtiyatlı olmağı tövsiyə edir. Çünki o, fiziki cəhətdən çox güclüdür və rinqdə hər kəsi yıxa bilər.
 

İnstaqramda yayımlanan son fotolardan birində Cekinin bodibilderin idman zalında məşq etməsi əks olunub.
 

Şərhlərdə abunəçilər onu əla fiziki forma və görünüşünə görə tərifləyib və heç kimə, heç nəyə əhəmiyyət verməməyə çağırıb.
 

Ceki MMA yarışlarında iştirak etmək arzusundadır və peşəkarlarla əlaqə saxlamağa çalışır. Hələlik heç bir nəticəsi olmasa da, Ceki inamını itirmir.
 

O, optimistdir və bir gün məşhur televiziya şoularından birində öz gücü ilə tamaşaçıları heyran edə biləcəyinə inanır.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...