Əhməd Əhmədovun törətdiyi qətllə bağlı ƏN YENİ XƏBƏR: “Bacısının əri isə...” - VİDEO

Əhməd Əhmədovun törətdiyi qətllə bağlı ƏN YENİ XƏBƏR: “Bacısının əri isə...” - VİDEO

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovla bağlı yenilik var.


Sfera.az xəbər verir ki, TV Müsavatın hüquq-mühafizə orqanlarındakı mənbədən aldığı məlumata görə, Ə.Əhmədov hələ ki, 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Onun ruhi dispanserə köçürülməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Əhməd Əhmədovun həkim heyətinin qarşısına çıxarılması və ondan sonra barəsində ekspert rəyi verilməsi gözləniləndir.


 Bundan başqa, təcridxanada olan Ə.Əhmədov xəstəliyinin müalicəsi üçün lazım olan dərmanları da məcburi qaydada qəbul edir.


Xatırladaq ki, Əhməd Əhmədov törətdiyi qətl hadisəsinə qədər bu dərmanları qəbul etməyərək, müalicədən tam şəkildə imtina etmişdi. Son 3 ayda Ə.Əhmədov həkimin təyin etdiyi bütün müalicəni yerinə yetirməyib və düşdüyü psixoloji vəziyyətin səbəbi də məhz budur.


Bu arada, istintaq üçün açar fiqur sayılan şəxs isə Ə.Əhmədovun bacısının Moskvada yaşayan əridir. Hələ ki, sözügedən şəxs istintaqa gəlməyib və ifadə verməyib. Əldə etdiyimiz məlumata görə, Əhməd Əhmədovun rəhmətə gedən bacısı və əri boşanıblar. Bacısının Moskvadan qızı ilə birlikdə Bakıya köçməsinin səbəbi də bu boşanma olub. Əslində isə Ə.Əhmədovu tətikləyən hadisə ailəyə məxsus evlərdən birinin boşanan bacısına verilməsi olub. Əhməd Əhmədov valideynlərinə daha öncə dəfələrlə bildirib ki, ailəyə, dolayısı ilə ona məxsus olan mənzili bacısına vermələri doğru deyil. Son aylar Əhmədlə valideynləri arasında yaşanan mübahisənin kökündə məhz o mənzil dayanıb. Ailəsini itirən yeznə isə nə Bakıya gəlib, nə də istintaqa ifadə verib.


TV Müsavat eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbəyə ailəyə məxsus mülklərlə bağlı sual da verib.


Ə.Əhmədovun varisinin kim olması, eyni zamanda ortadakı çoxsaylı mülklər, evlər, maşınlar, obyektlər, nəğd və bank hesablarındakı pulların kimə çatacağı da müzakirə mövzusudur. Qaynağın deməsinə görə, bu məsələ mübahisəlidir. Hazırda qohumlar arasında müəyyən çəkişmə və mübahisə getməkdədir. Əhmədovların birinci dərəcədən varisi müəyyənləşəndən sonra bu barədə müvafiq qərarlar veriləcək.
 


OXŞAR XƏBƏRLƏR

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...