Məşhur aktrisa HƏBS EDİLDİ

Dünya
17:57 / 28.02.2024
16044
Fələstini dəstəkləyən etiraz qrupuna qatılan məşhur aktrisa tutulub.
Sfera.az xəbər verir ki, "Euphoria" serialının ulduzu Hanter Şafer İsrailə qarşı "Jewish Voice For Peace" adlı yəhudi təşkilatının Fələstin üçün təşkil etdiyi etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib.
Təşkilat üzvləri ABŞ Prezidenti Co Baydenin də qatıldığı “The Late Night Show with Set Meyers” proqramının çəkildiyi studiyanın qarşısında etiraz aksiyası keçirib.
Qeyd edək ki, karyerasına məşhur brendlərin siması kimi başlayan Hanter Şafer 2019-cu ildə aktyorluğa start verdiyi "Euphoria" serialı ilə böyük uğur qazanıb.
Həmçinin o, özünü trans qadın kimi təqdim edir.
İnci