"Bitcoin"in qiyməti 56 min dolları ötdü – Kriptovalyuta sürətlə bahalaşır

“Bitcoin”in qiymətində artım son günlər yenidən güclənib. 


Sfera.az xəbər verir ki, bu gün “Bitcoin”in dəyəri 10 faizə yaxın artaraq 56,3 min dolları ötüb. Bir gündə kriptovalyutanın dəyəri 5 min dollara yaxın artıb.

 
“Bitcoin”in dəyərində artım ötən ilin noyabrından müşahidə edilir. Noyabrda 26-27 min dollar olan “Bitcoin”in qiyməti bu ilin fevralın əvvəlində 43 min dolları, fevralın 11-də isə 50 min dolları ötüb. 


“Bitcoin”in sürətlə bahalaşmasından sonra onun bazar həcmi 1,11 trilyon dollara çatıb.  


Xatırladaq ki, “Bitcoin”in dəyərində ən yüksək səviyyə 2021-ci ilin noyabrında qeydə alınıb. Həmin tarixdə “Bitcoin”in dəyəri 61,1 min dollara yüksəlmişdi. Böyük ehtimalla bu gedişlə “Bitcoin”in qiymətində yeni rekord qeydə alınacaq.


Vasif


OXŞAR XƏBƏRLƏR