ABŞ diplomatları türk şirkətlərini HƏDƏLƏDİ: "Rusiya ilə ticarət etsəniz..."

ABŞ diplomatları türk şirkətlərini HƏDƏLƏDİ:

ABŞ-nin Türkiyədəki diplomatları Rusiya ilə ticarət edən türk şirkətlərinə və maliyyə qurumlarına təzyiq göstərirlər.

 

Sfera.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti mənbəyə istinadən xəbər yayıb.

 

"ABŞ-nin Ankara və İstanbuldakı səfirlik və konsulluqlarının əməkdaşları türk şirkətlərinə "baş çəkir" və onları Rusiya ilə ticarət və pul köçürmələri olduğu üçün sanksiyalar siyahısına daxil etməklə hədələyirlər. Amerika rəsmiləri onları qapı-qapı gəzərək və ya birbaşa ABŞ səfirliyinin binalarına dəvət etməklə hədələyiblər, - mənbə bildirib.

 

ABŞ diplomatlarının ziyarət etdiyi şirkətin adının açıqlanmasını istəməyən sözçüsü rəsmilərdən birinin Gulin Kan Yukseltan olduğunu bildirib.

 

Sözçü deyib ki, onun vizit kartında adı göstərilib: “ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu İxraca Nəzarət Mütəxəssisi”.  Yukseltanın özü də səfərlərlə bağlı məlumatı təkzib etməyib.

 

Xatırladaq ki, ABŞ İsveçin NATO-ya daxil olmasını təsdiqlədikdən sonra Türkiyəyə 23 milyard dollar dəyərində hərbi texnika satıb. Vaşinqton Ankaraya yüzlərlə raket və bomba, 40 yeni F-16 hərbi təyyarəsi, həmçinin onlar üçün 79 dəst ehtiyat hissələri verib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR