Ağsuda 4 nəfər bıçaqlandı

Ağsuda 4 nəfər bıçaqlandı
 
Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb.

Hadisə bu gün axşam saatlarında rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb. Kənd sakinlərindən birinin hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə spirtli içki qəbul edən iki qonşu kəndin gəncləri arasında kütləvi dava baş verib.

Hadisə zamanı Rəhimli kənd sakinləri - 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978- ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlu bıçaqlanıb. Həmin şəxslərin rayonun Ağarx kənd sakini tərəfindən bıçaqlandığı və onun hadisə yerindən qaçıb gizləndiyi bildirilir. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Yaralılar Ağsu rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Cərrahiyyə əməliyyatı olunan yaralılar hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Onların vəziyyəti orta-ağır olaraq qalır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (Apa)


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...