Sarımsaq arıqlamağa kömək edə bilər

Sarımsaq arıqlamağa kömək edə bilər

Sarımsaq təkcə dadı ilə deyil, həm də sağlamlıq üçün faydaları ilə məşhur olan dünya mətbəxinin əsas tərkib hissəsidir. Kulinariyada istifadəsi ətraflı şəkildə məlum olsa da, sarımsağın yeni bir faydası da kəşf edilib.

 

Sfera.az bildirir ki, yeni araşdırmalar sarımsağın çəkiyə nəzarət etmək üçün əhəmiyyətli rol oynadığını və arıqlamağa kömək etdiyini göstərir.
 

Sarımsağın nəinki mikrobları öldürdüyü və immunitet sistemini gücləndirdiyi, həm də arıqlamağa kömək etdiyi məlum olub.
Dr. Şalini Şrivastav yağ yandırmaqda sarımsağın beş əsas faydasını bölüşüb.
 

Qaraciyər piylənməsi olan 110 könüllünün iştirak etdiyi tədqiqatın nəticələri çox maraqlıdır. Belə ki, 15 həftəlik müddət ərzində sarımsaq qəbul edən iştirakçılar çəki və yağ kütləsində azalma müşahidə ediblər. Sarımsaqlı əlavələrin heç bir ciddi yan təsiri də aşkarlanmayıb.

Piylənmə əleyhinə xüsusiyyətləri
 

Sarımsağın piylənmə ilə mübarizədə faydaları da danılmazdır. Yüksək yağlı qida ilə qidalanan insanlar üzərində aparılan araşdırmalar, sarımsağın yağ toxumasını xeyli dərəcədə azaltmasını göstərib.
 

Metabolizmanın gücləndirilməsi və iştaha nəzarət

Acqarına bir neçə çiy diş sarımsaq yemək dad reflektorlarını oyatmaqla yanaşı, maddələr mübadiləsini də sürətləndirir. Çiy sarımsağın tərkibində metabolik prosesləri stimullaşdıran, gün ərzində kalori yanmasını sürətləndirən birləşmələr var. Bundan əlavə, acqarına sarımsaq yemək toxluq hissini artırır, normadan artıq yeməyin qarşısını alır və qeyri-sağlam qidalara istəyi azaldır.


Az kalorili dadlandırıcı
 

Əgər əlavə kalori istifadə etmədən yeməyinizi dadlandırmaq istəyirsinizsə, yenə də sarımsaq köməyinizə gələcək. Sarımsağı çili bibəri kimi qidalarla birləşdirsəniz, lazımsız kalori əlavə etmədən yeməklərin dadını da artıra bilərsiniz. Qarnir üçün hazırladığınız tərəvəzlərə və yaxud salatlara doğranmış sarımsaqla sous etməyə çalışın.


Həzmə kömək edir
 

Sarımsaq həmçinin həzmə və arıqlamağa mane olan toksinləri bədəndən çıxarmağa kömək edir. Qaraciyərin normal işləməsi və toksinləri dəf etməklə, sarımsaq birbaşa bədənin təbii proseslərini qaydasına salmağa da kömək edir. Sağlam həzm sistemi maddələr mübadiləsi üçün də çox vacibdir. Buna görə də, qida rasionuna sarımsağın daxil edilməsi ümumi həzm sisteminə və çəkiyə nəzarətə kömək edir.


Təbii ki, sarımsaq tək başına yağ yandırmaq üçün möcüzəvi bir həll yolu deyil. Həm də onu daimi qida rasionunuza əlavə etməzdən əvvəl, əgər səhhətinizdə problemlər varsa, həkiminizlə mütləq məsləhətləşin. Xüsusən də mədə ilə bağlı problemləri olan insanlar diqqətli olmalıdırlar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yaşayış üçün ən yaxın potensial "super Yer" KƏŞF EDİLDİ

Beynəlxalq astronomlar qrupu narıncı cırtdan HD 48498 ətrafında fırlanan üç potensial super Yer ekzoplanetini kəşf edib. Sfera.az xəbər verir ki, bu barədə...

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası DƏYİŞDİ

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnaməyə dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qəra...

Azərbaycan XİN Sloveniyanı TƏBRİK ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sloveniyanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə he...

Avropa İttifaqı Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başladığını ELAN ETDİ

Ukrayna və Avropa İttifaqı Kiyevin birliyə qoşulması ilə bağlı uzunmüddətli danışıqlar prosesinə başlayıb.   Sfera.az RİA Novosti-yə istinadən xəbər ...

2030-cu ilədək bu işçilərin 60 faizini robotlar ƏVƏZLƏYƏCƏK

Tesla korporasiyası Optimus Gen 2 robotlarının qiymətini açıqlayıb.   Sfera.az xəbər verir ki, investor görüşü zamanı şirkət rəhbərləri Optimus Gen 2...

Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ

Gözlənilən yağıntılarla əlaqədar iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək çaylarda sululuğun artacağı gözlənilir.   ...