Nazir Latviya səfiri ilə COP29-a hazırlığı MÜZAKİRƏ ETDİ
![Nazir Latviya səfiri ilə COP29-a hazırlığı MÜZAKİRƏ ETDİ](https://sfera.az/photo/orginal/2024/02/22/1708599108_2b9223d5-f0d2-3ba0-8445-a9f5bbde6f26_850.jpeg)
Siyasət
14:58 / 22.02.2024
4283
Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüşüb.
Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.