Paşinyan Makronla nələr danışıb? - DETALLAR

Paşinyan Makronla nələr danışıb? - DETALLAR

“Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurub. Bu da Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

 

Sfera.az bildirir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib.

 

“Bu məsələ ilə bağlı tənqidlər var, lakin qeyd etmək istəyirik ki, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır və ölkəmizin müdafiə qabiliyyətinin inkişafı təşviş doğura bilməz. Ermənistanın məqsədi ölkənin qanuni və beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq, habelə dayanıqlılığı artırmaqdır”, - Paşinyan əlavə edib.

 

Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək.

 

"Paris hər hansı bir gərginliyi istəməyərək tam məsuliyyətlə davam edəcək", - Fransa prezidenti əlavə edib.

 

Qeyd edək ki, Nikol Paşinyan dünən həyat yoldaşı ilə birlikdə Fransaya 2 günlük səfərə gedib.

 

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri İrəvana silah tədarükü haqqında saziş imzalayıblar.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıql...

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...