İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

ABŞ-də 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Vilyams dünən yerli vaxtla saat 18:10-da qətlə yetirilib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, imam öldürücü inyeksiya ilə edam edilib.

 

Məhkəmənin bəyanatında qeyd olunur ki, edama əsas verən dəlillər sübuta yetirilib. ABŞ qanunlarına əsasən, edam qərarının icrası üçün ştat qubernatorunun razılığı olmalıdır. Edamın icra edildiyi Missuri ştatının qubernatoru Mayk Parson qərarı tərəddüd etmədən imzalayıb.

 

Qubernator bildirib ki, məhbusun cinayəti tam sübuta yetirilib. ABŞ-də müsəlmanların hüquqlarını müdafiə edən ən böyük təşkilat olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) edamı pisləyib.

 

Bundan əlavə, ABŞ Nümayəndələr Palatasının üzvü Cori Buş da qubernatoru qınayan açıqlama yayıb.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...